Sizin əsl simanız bax budur, Avropa! – Deputatdan sərt sözlər...

Sizin əsl simanız bax budur, Avropa! – Deputatdan sərt sözlər...

"Avropa Parlamentinin Plenar iclasında Azərbaycan barədə səslənən ittihamlar, hədyanlar, yalanlar əslində böyük bir ssenarinin tərkib hissəsidir və xüsusi mərkəzdən idarə olunan icraatdır”.
 
Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.

"Görün, kimlər insan haqlarından, beynəlxalq hüquqdan danışır... Görün, kimlər mədəni irsdən, humanitar normalardan dəm vurur...O kəslər ki, 30 il boyunca Azərbaycan torpaqlarının işğal altında qalmasına göz yumublar. O kəslər ki, ədalət, hüquq və azaqlıq anlayışlarının məhv olması üçün əllərindən gələni əsirgəməyiblər. O kəslər ki, məscidlərdə saxlanılan donuzları, erməni vandalları tərəfindən məhv edilən şəhərləri, kəndləri, küçələri, muzeyləri, heykəlləri daim görməzdən keçiblər. O kəslər ki, beynəlxalq münasibətlər deyərkən yalnız və yalnız öz maraqlarını düşünüblər, öz merkantil məqsədlərini güdüblər. O kəslər ki, sağlam düşüncəyə, təfəkkürə, yanaşmaya sahib deyillər və heç zaman da olmayıblar!

Yaxşı, bəs bunların qəfil aktivləşməsinin, üzərimizə hücum etməsinin, durduq yerdə cırnamağının, qarın ağrısının gerçək səbəbi nədir? Əlbət ki, COP 29! Daha dəqiq desəm: Bu minvalla Qərbdən gələn sifariş və tapşırıq. Ki, başlayın! Başlayın və Azərbaycanla nə haqq-hesabınız varsa, məhz indi, bu ərəfədə çözməyə çalışın!

Sizin əsl simanız bax budur, cənab Avropa! Yırtıcı simanız! Riyakar simanız! Ucuz simanız!

Fəqət, bir şeyi qulağınıza sırğa edin: Biz elə Qarabağ müharibəsində də bir tək erməni ilə deyil, həm də onların dəstəkçisi olan sizlərlə vuruşduq və bundan sonra da vuruşmağa hazırıq. Və əgər siz də "dəmir yumruğu” yenidən dadmağa hazırsınızsa, o zaman buyurun və növbəti dəfə dərsinizi alın. Eyni zamanda bir vacib məqamı unutmayın ki, Azərbaycanla kimsə sərt ritorika ilə, əmr leksikonunda danışa bilməz. Bizi başqaları ilə səhv salmayın və həddinizi bilin!

Bu gün sizlərin insan hüquqları və ədalət barədə danışmağa haqqı yoxdur. Həm də heç yoxdur. Ən azından Ukrayna nümunəsinə, oradakı "əsərinizə”, baxın və utanın. Ardınca isə abrınıza qısılın və susun! Təbii, əgər yarım qram da olsa abrınız qalıbsa....”- deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər 1707 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR