“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi...

“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi...

"COP29” öncəsi AXCP-nin bədnam sədri Əli Kərimli qələmini də əlinə alıb ortalığa düşmüşdü, ora-bura donos xarakterli, hədyan dolu yazılar ötürürdü, beynəlxalq nəşrlərin köşələrindən boylanırdı. Və birdən-birə həmin sərsəm yazılar dayandı. Bilirsinizmi niyə? Çünki pul kəsildi. Çünki hazırki etapda birdəfəlik istifadə müddəti başa çatdı. Çünki Qərbdəki, Avropadakı "dədə”lərindən gələn tezislərin, tapşırıqların davamı olmadı. Çünki bu bədbəxt, bu siyasi bomj, bu urvatsız gədə yalnız və yalnız əmrə tabedir və tapşırıq, yönləndirmə, "məsləhət” olmadan hərəkət eləmir. Çünki, o, bütün həyatını və fəaliyyətini "kardaşyan fəlsəfəsi”nə uyğunlaşdırıb, daim bu fəlsəfədən qidalanıb, hər zaman həmin fəlsəfənin "dəyər”lərindən, incəliklərindən, "tryuk”larından, metodologiyasından bəhrələnib”.
 
Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Belə siyasətmi yürüdülər? Belə nakişilikmi edilər? İnsan bir dəfə də olsa milli təəssübkeşlik çəkməzmi? Şəxsiyyət vəsiqəsində "azərbaycanlı” kəlməsi yazılan kəs bütün ömrü boyunca 1 saatlıq da olsa azərbaycanlı olmağı, azərbaycanlı kimi düşünməyi, yaşamağı ağlına gətirməzmi?

Hansı vaxta qədər erməni əlinə oynayacaqsız? Hansı vaxta qədər Paşinyanın mətbuat xidmətinin rəhbəri kimi çıxış edəcəksiz? Hansı vaxta qədər xüsusi xidmət orqanlarının əlində oyuncağa çevriləcəksiz, arxasından açarla burulan kuklalar kimi şüursuz formada dala-qabağa, sağa-sola şütüyəcəksiz? Hansı vaxta qədər Şvabe kimi manqurtun, təlxəyin, sarsağın dediklərini tutuquşu kimi təkrarlayacaqsız? Hansı vaxta qədər casusdan jurnalist, dələduzdan hüquq müdafiəçisi, cinayətkardan siyasi məhbus düzəltməyə çalışacaqsız?

Üz qaraları! Vətən xainləri! Quldurlar! Siyasi qolçomaqlar!
 
Baş bir az açılsın, əsl həqiqətlərin, gerçəklərin üzərinə işıq bir az da daha dolğun saçılsın, bax o zaman hər biriniz bu millət və dövlət qarşısındakı cinayətlərinizə görə cavab verməli olacaqsız. Buna əmin olun!”- deyə Partiya sədri fikirlərinə davam edib.  

Xəbər 133 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR