Sızanaqlı dəri necə təmizlənməlidir?

Sızanaqlı dəri necə təmizlənməlidir?

Dərinin gözəlliyini qorumağın ilk qaydası onu təmiz saxlamaqdır. Gecə yatmazdan öncə dəri makiyajdan təmizlənməli, tipinə uyğun qulluq edilməlidir.

Son illər dəri təmizliyində xüsusi süngərlərdən, fırçalardan və ya üz təmizləmə aparatından istifadə edilir. Ancaq problemli dərini bu cür təmizləsəniz, vəziyyəti daha da pisləşdirərsiniz. Xüsusilə də, sızanaqlı dərini təmizləyərkən diqqətli olmaq lazımdır.

Məşhur model Kendall Cennerin dermatoloqu doktor Kristi Kidd sızanaqlı dərinin təmizlənmə qaydasından danışıb.

Aktual.az publika.az-a istinadən dermatoloqun məsləhətlərini təqdim edir:

Dəri düzgün təmizlənmədikdə sızanaqlar arta və bütün dəriyə yayıla bilər. Bunun qarşısını almaq isə olduqca asandır:

"Dərinizin həssas olduğunu nəzərə alın. Zədələyə biləcək məhsullardan uzaq durun. Təmziləyərkən fırçadan və ya süngərdən istifadə etməməlisiniz. Ən yaxşı üsul üzü klassik qaydada, əl ilə yumaqdır. İltihablanmanın qarşısını almaq üçün tərkibində çay ağacı yağı və ya aloe-vera olan gel-köpüklərdən istifadə edin. Dərini quruladığınız dəsmal təmiz və yumşaq olmalıdır. İri salfetlərdən istifadə etmək olar".

Dermatoloq dərinin vəziyyətini yaxşılaşdırmaq üçün istifadə edilməli olan məhsulları da açıqlayıb:

"İstifadə etdiyiniz təmizləmə vasitələrini məhsulları mütəmadi olaraq dəyişdirməyin. Həkimlə məsləhətləşin və onun məsləhət gördüyü krem və ya digər məhsulları alın. Günəşin zərərli şüalarından qorunmaq üçün SPF tərkibli kremlər çəkməyi unutmayın. Hətta qış fəslində də bu tip kremlərdən imtina etməyin. Yatmazdan öncə yağlı və ya qarışıq dəri tipi üçün olan və sakitləşdirici zərdablar çəkin"

Xəbər 581 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR