Səhər saatlarında Siyəzən rayonunda yanğın faktı qeydə alınıb.
Aktual.az FHN-ə istinadən bildirir ki, rayon ərazisində gücü 10 kV olan yarımstansiyanın 15 ədəd paylayıcı açarından 1 ədədi yanıb. Digər paylayıcı açarlar yanğından mühafizə olunub.
Yanğın saat 07:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.