Siyəzən rayonunun Sədan kəndində torpaq sürüşməsi baş verib.
Bu barədə
Aktual.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Nəticədə kənd sakinləri N.Qanbayeva və G.Məlikovanın yaşadıqları fərdi yaşayış evləri qəzalı və yaşayış üçün yararsız vəziyyətə düşüb.
Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən evləri təhlükəli vəziyyətə düşmüş Sədan kənd sakinləri üçün müvəqqəti yaşayış məqsədilə iki ədəd çadır qurularaq vətəndaşlara təhvil verilib.
Xəbər 468 dəfə oxunub.