Siyəzəndə polislə sakinlər arasında insident baş verib

Siyəzəndə polislə sakinlər arasında  insident baş verib

Siyəzən rayonunda bir qrup sakinlə polis arasında insident baş verib.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, Rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşanlar polisin ictimai asayişin bərpa olunması və ərazidən uzaqlaşmaq tələbinə əməl etməyiblər. Buna görə də polis aksiya keçirənləri ərazidən uzaqlaşdırmağa başlayıb.

Əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib.

Saxlanılanların olduğu bildirilir.

Hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayacağı gözlənilir.

Xəbər 509 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR