Bu gün Siyəzən rayonunda günvurma faktı qeydə alınıb.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, Siyəzən rayon sakinləri 1972-ci il təvəllüdlü Məmmədova Səbinə Həmid qızı və 1982-ci il təvəllüdlü Qoçəliyeva Xalidə Nadir qızı günvurma diaqnozu ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Hər iki şəxsə müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb.