Siyəzəndə ağır yol qəzası baş verib, ölənlər və yaralanan var

Siyəzəndə ağır yol qəzası baş verib, ölənlər və yaralanan var

Siyəzən rayonunda ağır yol qəzası baş verib. 

"Report"un Şimal bürosunun məlumatına görə, bu gün səhər saatlarında Bakı-Quba-Rusiya sərhədi yolunun 116-cı kilometrliyində, Siyəzən rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1974-cü il təvəllüdlü Yaşar Xasay oğlu Əliyevin idarə etdiyi "Mercedes Benz E 200" markalı avtomobil idarəetməni itirərərək yol kənarına aşıb. Nəticədə nəqliyyat vasitəsindəki sərnişinlər - Bakı şəhər sakini, 1948-ci il təvəllüdlü Larisa İvanovna Lapina və Şabran rayonunun Ağalıq kənd sakini, 1992-ci il təvəllüdlü Mövlud Rasim oğlu Əmiraslanov hadisə yerində ölüb.
"Mercedes"də olan digər sərnişin - Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Nərmin Əzizağa qızı Hacıbalayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.
Qəzaya səbəb kimi yağışlı hava şəraiti, yolun sürüşkən olması göstərilir.
Qeyd edək ki, Y.Əliyev qəza törətdiyi avtomobillə Bakı-Xaçmaz marşrutu üzrə taksi fəaliyyəti ilə məşğul olurmuş.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 573 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR