Elvin Zauru, Abdulla isə Elvini qətlə yetirib.
Şirvan şəhərində baş verən silahlı insidentlə bağlı bir neçə nəfər istintaqa cəlb edilib.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, ötən gecə saat 23.00 radələrində Şirvan şəhərinin mərkəzi prospektdə yerləşən kafedə, kriminal aləmin üzvlərinin mübahisəsi zəminində baş verən silahlı insidentlə bağlı 4 nəfərin istintaq tərəfindən dindirildiyi bildirilir.
İstintaqa cəlb olunanlardan ikisinin adları məlumdur. Onlar Şirvan şəhər sakinləri S.Ə.Şirvani küçəsi, ev 29 ünvanında yaşayan 1989-cu il təvəllüdlü Hüseynov Abdulla Rasim oğlu (bir müddət əvvəl Samur keçid məntəqəsində saxlanılıb) və 1985-ci il təvəllüdlü Salmanov Tural Baloğlan oğludur.
Daha 2 nəfər də istintaq tərəfindən dindirilir. Yaxın saatlarda Şirvan prokurorluğunun rəsmi açıqlaması gözlənilir.
Əldə olunan məlumata görə, silahlı insidentdə ölən Elvin Nəziyev digər insident qurbanı olan Zaur Sarıbalayevə atəş açaraq qətlə yetirib. Şirvan sakini Abdulla Hüseynov isə “Makarov” tipli tapançadan atəş açaraq Elvin Nəziyevi qətlə yetirib.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırmalar davam etdirilir.
İstintaqın gedişində yeni təfərrüatlar əldə edilib. Elvin Nəziyevi qətlə yetirən Hüseynov Abdulla Rasim oğlu Samur sərhəd-keçid məntəqəsini yeni pasportla keçərkən saxlanılıb. Belə ki, həmin pasportda onun ad və soyadı Ağami (anasının qızlıq soyadı) Əli Rasim oğlu kimi göstərilir. O da məlum olub ki, cinayətdə istifadə olunan “Makarov” tapançasını Ağami Əliyə silahlı insidentlə əlaqədar saxlanılan Tural Salmanov verib.
Faktla bağlı Şirvan şəhər Prokurorluğunda araşdırmalar davam etdirilir.
Aktual.az