Şirvan şəhərində avtomobilin vurduğu piyada beş gün sonra xəstəxanada ölüb.
"Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə dekabrın 8-də şəhərin "Köhnə bazar” adlanan ərazisində qeydə alınıb.
Belə ki, Şirvan sakini, 1981-ci il təvəllüdlü Rauf Afiq oğlu Mənsimov sərxoş vəziyyətdə yolu keçərkən "Ford Tranzit” markalı avtomobil tərəfindən vurulub. Ancaq həkimlərin səylərinə baxmayaraq dekabrın 13-də Bakıda yerləşdirildiyi xəstəxanalardan birində aldığı kəllə-beyin travmasından ölüb.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az
Xəbər 531 dəfə oxunub.