Şirvan şəhərində intihar hadisəsi baş verib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə şəhərin bağ evləri massivində qeydə alınıb. Şirvan şəhər sakini, 1991-ci il təvəllüdlü Əhmədov Anar Rəfa oğlu özünü paltar ipi asılan dəmir dirəkdən asaraq intihar edib. Yaxınlarının bildirdiyinə görə Anarın borcu olub.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.