Şirvanda qonaq olan 48 yaşlı qadın dəm qazından zəhərlənib.
Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Şirvan şəhərində qeydə alınıb.
Atasının qırx mərasimində iştirak edən Cəlilabad sakini, 1968-ci il təvəllüdlü Aslanova Mehparə Mahmud qızı dəm qazından zəhərlənib. M. Aslanova zəhərlənmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.
Aktual.az