Şirvan dərəsini UNESKO qeydiyyata ala bilər

Şirvan dərəsini UNESKO qeydiyyata ala bilər

Ərdəbil əyalətində Savalan dağı ətəyində yerləşən Şirvan dərəsi təbiət abidəsi UNESKO-da qeydiyyatdan keçə bilər.
Aktual.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, geoloji xüsusiyyətlərinə görə təbii park olmaq potensialına malik olan təbiət abidəsinin rəsmi qeydiyyata alınması üçün sənədlər UNESKO-a göndərilib.
"Qeydiyyat baş tutarsa, bu, bölgənin turizm sahəsinin inkişafına xüsusi təkan verəcək, əyalətin iqtisadiyyatının inkişafına səbəb olacaq”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, Şirvan dərəsi Ərdəbil əyalətində Meşkinşəhr (Xiyav) şəhəri yaxınlığında yerləşən, uzunluğu təxminən 25 kilometr olan tarixi və təbii ərazi, zəngin tarixi-coğrafi məkandır.
Xəbər 63 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR