Şirkətə borcu olan şəxsi aeroportda saxladılar

Şirkətə borcu olan şəxsi aeroportda saxladılar

Şirkətə borcu olan vətəndaş aeroportdan Dubaya buraxılmadı. 

Aktual.az  Fins.az-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə xaricə çıxışına qadağa qoyulan şəxs aeroportdan geri qaytarılıb. 

Bu barədə hüquqşünas Pərviz Məmmədov sosial şəbəkədə məlumat verib. 

Şirkətlərdən birinə 5000 dollar borcu olan vətəndaş məhkəmə qərarlarına məhəl qoymayaraq borcu ödəməkdən yayınıb. Xaricə çıxışına qadağa qoyulmasını isə hava limanında öyrənib. 

Dubayda Yeni il qarşılamağa gedən həmin şəxs geri qayıdaraq borcunu ödəyib. Onun tanınmış şəxs olmasını əsas gətirərək adını açıqlamayıblar. 

Xəbər 347 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR