Azərbaycandan xaricə meyvə satan beynəlxalq şirkətdən oğurluq olub.
Aktual.az Report-a istinadən xəbər verir ki, DAD şirkətinin Quba rayonunda yerləşən alma bağından 2 ton alma oğurlanıb.
Şirkətin əməkdaşı Rasim Piriyev polisə müraciət edərək hadisə barədə məlumat verib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, DAD şirkəti Quba rayonunda yetişdirilən meyvələri xarici ölkələrə ixrac edir.
Aktual.az
Xəbər 320 dəfə oxunub.