Sirkdə 25 metr hündürlükdən yıxıldı

Sirkdə 25 metr hündürlükdən yıxıldı
  • DÜNYA

Rusiyada "Nikulin" sirkində "Damla" fənnini yerinə yetirərkən gimnast Darya Kuzmina 25 metr hündürlükdən manejin üstünə yıxılıb.

Bu barədə Aktual.az Trend-ə  istinadən xəbər verir.

Sirkin mətbuat xidmətinin başçısı Yuri Nikulin bildirib ki, xilasedici torun hansı səbəbdən cırıldığını hələ ki bilmir: "Bu nömrə sığortasız yerinə yetirilir. Yeganə sığorta isə xilasedici tordu. Darya məhz onun üzərinə yıxılmalı idi, o isə, naməlum səbəbdən cırıldı", - deyə Nikulin bildirib.

Qeyd olunur ki, gimnast dərhal xəstəxanaya yerləşdirilib, "Damla" fənni isə premyerası 23 oktyabr tarixində baş tutmuş "Karnaval" tamaşasının proqramından çıxarılıb.

Xəbər 282 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR