Siqareti tərgidənlərdə şəkərli diabet riski yaranır

Siqareti tərgidənlərdə şəkərli diabet riski yaranır

Siqareti tərgitdikdən sonra çəkinin artması nəticəsində ikinci dərəcəli şəkərli diabet "qazanmaq" olar.

Aktual.az Trend-ə istinadən bildirir ki, bu nəticəyə Harvard Universitetinin Xalq Sağlamlıq Məktəbinin (Harvard T.H. Chan School of Public Health) mütəxəssisləri gəliblər.
Eyni zamanda "New England Journal of Medicine" saytının yaydığı xəbərə görə, siqaretdən imtina ürək-damar xəstəlikləri, xərçəng və erkən ölüm riskini azaldır.
Ekspertlər qeyd edirlər ki, siqaretdən imtina etdikdən sonra çəkinin artması diabetin inkişafına səbəb olur. Digər tərəfdən isə əvvəllər keçmiş siqaret çəkən şəxs çəkinin artmaması üçün ciddi səylər göstərsə, diabet riski nəinki çoxalmayacaq, hətta uzun zaman azalacaq.

ABŞ-da 19 il ərzində 171 150 nəfər kişi və qadın arasında aparılmış təhlillərə görə, siqareti atanlarda diabet riski çəkənlərlə müqayisədə 22% daha çox olub. Bu göstəricilər siqareti atdıqdan 5-7 il sonra pik həddə çatıb, lakin sonra tədricən azalıb.
Keçmiş siqaret çəkənlər nə qədər çəki alsalar, onlarda ikinci dərəcəli diabet riski daha çox artırdı. Kilo almayan şəxslər arasında isə diabet riski qeydə alınmırdı. Bundan əlavə, uzun müddət siqaretdən imtina diabet riskinin davamlı azalmasının göstəricisidir və bu göstəricilər onilliklər ərzində davam edir.
Xəbər 1237 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR