21 dekabr 2015-ci devalvasiyasından sonra Bakı şəhərinin bir sıra satış nöqtələrində kəskin bahalaşan siqaretlərin qiymətlərində əhəmiyyətli ucuzlaşma qeydə alınıb.
Satış nöqtələrində çalışan satıcılar Modern.az saytına açıqlamalarında ucuzlaşmanın şənbə günündən etibarən baş verdiyini deyib: “Bəzi siqaretlər şənbə günü,bazar günündən etibarən isə demək olar hamısının qiyməti ucuzlaşıb”.
Qeyd edək ki, markasından asılı olaraq siqaretlərin qiyməti 35 faizdən 50 faizə qədər aşağı düşüb.//Modern.az