Siqaret çəkmək istəyən şəxs yandı- Tərtərdə

Siqaret çəkmək istəyən şəxs yandı-  Tərtərdə

Tərtər rayonunda bədbəxt hadisə baş verib.

Aktual.az xəbər verir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayevanın verdiyi məlumata görə, Tərtər rayon Həzi Aslanov küçəsində yaşayan 1992-ci il təvəllüdlü Amil Akif oğlu Qasımov avtoyuma məntəqəsindən çıxıb evə gələrkən əli mazut olduğu üçün yanacaqdoldurma məntəqəsindən 1 litr benzin alıb. 

Əlində benzin şüşəsi ilə evlərinə gələn 23 yaşlı gənc qapının yanına çatanda siqaret çəkmək qərarına gəlib və alışqanla siqareti yandırıb.

Amil Qasımovun əlləri və paltarı yanacağa bulandığı üçün o, alovlanmağa başlayıb. Yanan şəxsin harayına ilk olaraq anası çatıb. 

Ailə üzvlərinin köməyi ilə onu əvvəl Tərtər rayon Mərkəzi Xəstəxanasına, oradan da Bərdədəki xəstəxanaya göndəriblər.

Xəstəxandan onu də əlavə etdilər ki, yaralının vəziyyəti ağırdır. 

"Onun bədəninin 100 faizi də yandığı üçün yaşama şansı yoxdur. Lakin ailə üzvləri buna baxmayaraq paytaxta aparılmasını tələb etdikləri üçün biz də onu Respublika Yanıq Mərkəzinə göndərəcəyik" -deyə baş həkim əlavə etdi.

Hazırda gəncin Bakıya gətirilməsi istiqamətində hazırlıqlar aparılır.

Xəbər 816 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR