Siqaret çəkən qadınlar kişiləşir.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səs telləri üzrə cərrah, doktor İsmayıl İlter Denizoğlu siqaret çəkən qadınların səs tonunun 15 il ərzində qalınlaşdığını və kişi səs tonuna çevrildiyini bildirib. Həkimin sözlərinə görə, bu,gələcəkdə psixoloji problemlərə də səbəb olur. Denizoğlu bildirib ki, səsi dəyişən qadınların imici zədələnmiş olur:
"Uzun illər siqaret çəkilməsi ilə bağlı olaraq qadınların səs tellərində toxuma müqaviməti azalır. Bu vəziyyət kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Siqaret çəkən qadınlarda müəyyən bir müddət sonra səs telinin üzərində təbəqə toplanmağa başlayır. Bu səbəbdən də səsi qalınlaşdırır".
Səs tonunun dəyişməsinin çox böyük problem olduğunu ifadə edən Denizoğlu qadınların səsinin telefonda kişi səsi kimi çıxdığını bildirib:
"Səsindən dolayı telefonda kişi hesab edilən qadınların özünə inamı azalır, həmçinin hərəkətləri də kişiləşir. Səsin dəyişməsi insanların baxışını da dəyişdirə bilir. Qadınlarda siqaret nəticəsində yaranmış səs yoğunlaşmasının müalicəsi dərman və ya terapiyayla mümkün deyil. Bu müalicə üçün cərrahiyyə əməliyyatı tələb olunur. Müalicə alan adamlar müəyyən bir müddətdən sonra əvvəlki səs tonuna qovuşur”.
Aktual.az
Xəbər 740 dəfə oxunub.