Azərbaycan və Ermənistan sülh sazişi üzrə 16 bənd üzrə tam razılığa gəlib.
Aktual.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan Parlamentlərarası İttifaqın 149-cu Assambleyasının ümumi müzakirələrində çıxışında deyib.
Simonyan bildirib ki, sülh prosesi bir neçə ay əvvəl ciddi şəkildə başlayıb.
"Azərbaycan beynəlxalq səviyyədə tanınmış 5 bənd üzrə razılaşmamızı istəyirdi, mən şadam ki, bu gün biz 16 bənd üzrə tam razılığa gəldik. Xanımlar və cənablar, yaxşılar artıq yaxşıların düşməni olmamalıdır. Sülh bərqərar etməyin vaxtı gəldi. Sülh vaxtıdır”, - Simonyan bildirib.
Xəbər 211 dəfə oxunub.