Azərbaycan Qarabağın erməni əhalisi ilə danışmasa, yara sağalmayacaq və bunun gələcəkdə öz nəticələri olacaq.
Aktual.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
"Əgər dialoq olmasa, hətta Azərbaycan tərəfinin mövqeyindən belə məsələ həll olunmayacaq. Bunun alternativi soyqırımıdır ki, biz buna yol verə bilmərik. Bu məsələ Azərbaycan üçün də son dərəcə vacibdir”, - Simonyan bildirib.
Xəbər 375 dəfə oxunub.