Koreya Xalq Demokratik Respublikasının alimləri və texnoloqları ABŞ-ı bütünlüklə yer üzündən silmək üçün meqaton və yüzlərlə kilotonluq nüvə qurğularını işə salmağa hazırdır.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın STAK agentliyi məlumat yayıb.
Məlumatda həmçinin qeyd olunub ki, yanvarın 6-da KXDR-da nüvə sınağı kimisə qorxutmaq və ya təhrik etmək üçün həyata keçirilməyib: “Termonüvə sınağı ABŞ tərəfindən aparılan düşmənçilik siyasətinin fonunda nüvə potensialının möhkəmləndirilməsilə bərabər ölkənin iqtisadi inkişafı üçün şəraiti təmin etməyə hədəflənib”.