Şimali Koreya ABŞ və Cənubi Koreyanı nüvə zərbələri ilə hədələyib.
Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, rəsmi Pxenyan Cənubi Koreyada ABŞ raket sistemlərinin yerləşdiriləcəyi təqdirdə hər iki ölkəyə zərbələr endirəcəyini bəyan edib.
Xatırladırıq ki, mart ayında nəzərdə tutulan ABŞ-Cənubi Koreya birgə hərbi təlimləri ərəfəsində Pentaqon bu ölkənin ərazisində yeni raket əleyhinə sistemlər yerləşdirməyi planlaşdırır.
Cənubi Koreya və ABŞ rəsmi mənbələri hələlik Şimali Koreyanın bu bəyanatına münasibət bildirməyiblər.