Şimali Kiprlə münasibətlərin gələcəyi... - Ərdoğan

Şimali Kiprlə münasibətlərin gələcəyi... - Ərdoğan
  • DÜNYA

Şimali Kiprlə münasibətlər Ədalət və İnkişaf Partiyasının (AKP) iqtidarı dövründə necə idisə, bundan sonra da elə qalacaq.
Aktual.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Şimali Kipr münasibətlərinin gələcəyindən danışarkən deyib.
O bildirib ki, Şimali Kiprdə keçirilmiş prezident seçkiləri çox əhəmiyyətlidir:
"Kipr türklərinin iradəsinə hörmətlə yanaşılır. Biz onları bu münasibətlə təbrik etdik. Şimali Kiprə yatırdığımız investisiyaları boş yerə etməmişik. Seçkilər baş tutdu və demokratiyaya inanan bir lider olaraq qalib namizədi telefonla təbrik etdik. İnşallah, həftənin sonuna qədər Türkiyə ilə Şimali Kipr Türk Respublikası arasındakı münasibətləri ətraflı müzakirə edəcəyik”.
Xəbər 81 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR