Şimal-qərb bölgəsinə gedən avtomobillərin bir hissəsi yollarda qalıb

Şimal-qərb bölgəsinə gedən avtomobillərin bir hissəsi yollarda qalıb

Azərbaycanın şimal-qərb bölgəsinə gedən avtomobillərin bir hissəsi yollarda qalıb.
Aktual.az-ın "Report"a istinadən məlumatına görə, İsmayıllı rayonu ərazisinə yağan güclü qar yolun bağlanmasına səbəb olub.
Magistral və rayondaxili yollarda nəqliyyat vasitələrinin hərəkətinin davamlı olması üçün tədbirlər görülüb. 40 km-lik Muğanlı-İsmayıllı magistral yolunun qardan təmizlənməsi üçün yol idarəsinin 40-dan artıq işçisi və 10-dan artıq texnikası əraziyə cəlb olunub.
İsmayıllı 7 saylı Yol İstismar İdarəsindən "Report"a verilən məlimata görə, aparılan tədbirlərə baxmayaraq, hazırda yolda qalan maşınlar var. Yolun daha təhlükəli olan hissələrində avtomabillərin hərəkəti çətinləşib. Xususilə də yük və iri tutumlu avtomaşınların hərəkəti tamamilə dayanıb. Hazırda həmin ərazidə qarın hündürlüyü 70-80 sm-dir.
Bununla yanaşı İsmayıllı-Qəbələ yolunun qardan təmizlənməsinə xeyli sayda ağır texnikalar cəlb olunub. İdarədən bildiriblər ki, İsmayıllı-Qaraməryəm və rayonla kəndlər arası yollarda avtomaşınlar rahat hərəkət edir.
Qeyd edək ki, hazırda rayon ərazisinə qarın yağması davam edir.

Xəbər 408 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR