Azərbaycanın şimal bölgəsinin dağlıq ərazilərdə yerləşən bəzi yaşayış məntəqələrinə qar yağıb.
Bu barədə APA-nın yerli bürosuna Quba Regional Hidrometeorologiya İdarəsindən məlumat verib. Quba rayonunun Xınalıq kəndində qarın qalınlığı 25 santimetr, Qırızda 10 sm, Xaltanda 5 sm, Qusarın Ləzə kəndində isə 4 sm-ə çatıb.
Temperatur isə mənfi 11 dərəcəyədək enib.