Dünən axşam saatlarından yağan güclü qar Qubanın dağlıq kəndləri ilə rayon mərkəzinin əlaqəsini kəsib.
Aktual.az-ın "Report"a istinadən məlumatına görə, Quba-Qonaqkənd, Quba-Tüləkəran-Buduq-Zeyid, Quba-Susay istiqaməti və Quba-İspik-Xınalıq istiqamətindəki yollar tam bağlanib.
Ümumilikdə 30-dan çox dağ kəndləri ilə əlaqə kəsilib. Bəzi dağ kəndlərində elektrik enerjisinin verilməsində problemlər yaranıb. Quba Fövqəladə Hallar Komissiyasinin sədri Yusif Abidov "Report"a açıqlamasında deyib adları çəkilən kəndlərə yol təmizləyən texnikalar göndərilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba Regional Hidrometrologiya müəssəsindən "Report"a bildirilib ki, ən çox qar Xaltan kəndinə yağıb. Qarın hündürlüyü 70 sm-dir.