Silahlı şəxs kilsədə 8 nəfəri qətlə yetirib ABŞ-da

Silahlı şəxs kilsədə 8 nəfəri qətlə yetirib  ABŞ-da

ABŞ-ın Cənubi Karolina ştatında naməlum silahlı şəxs kilsəyə daxil olaraq 8 nəfəri qətlə yetirib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə The State nəşri məlumat yayıb.
 

Məlumata görə, insident Çarlston şəhərində qeydə alınıb.

Polis hadisəni törətməkdə şübhəli bilinən, əynində boz sviter və göy rəngli cins şalvar olan 21 yaşlı ağdərili şəxsi axtarır.

Məlumata görə, hadisə yerinə altı təcili yardım maşını cəlb olunub.

Aktual.az

Xəbər 484 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR