Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürmələrin həcmi azalıb

Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürmələrin həcmi azalıb

Ötən ay Silahlı Qüvvələrə Yardım Fonduna 226968 manat 43 qəpik və 300 avro vəsait daxil olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna bu il fevralın 1-dək 70 074 862,27 manat, 211 791,88 ABŞ dolları və 2093,69 avro vəsait daxil olub.

Qeyd edək ki, ötən ay bu artım 1 137 466 manat 30 qəpik və 300 avro vəsait təşkil etmişdi.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il 17 avqust tarixli 755 saylı fərmanı ilə yaradılıb.

Fond Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.

Fondun əsas vəzifəsi Azərbaycanın etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

Xəbər 366 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR