Martın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin həcmi açıqlanıb.
Bu barədə Müdafiə Nazirliyindən Aktual.az-a bildirilib.
Silahlı Qüvvələrə Yardım Fonduna 1 mart 2016-cı il tarixədək 70 milyon 854 min 827,62 manat , 211 min 791,88 ABŞ dolları və 2 093,69 avro vəsait daxil olub.
Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə yaradılıb.