Dünən İstanbul Beykoz Anadolu Qalasındakı məşhur bir restoranda silahlı hücum baş verib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin restoranda məşhur müğənni Demet Akalın da olub. Müğənni başına gələn dəhşətli hadisəni qonaq olduğu radio proqramından danışıb:
"Filmlərdəki kimi şüşələr qırıldı, hər kəs qışqırıb fəryad qaldırdı. Sanki qiyamət qopmuşdu. Allaha şükürlər olsun ki, mühafizəçim yanımda idi. Silahını çıxardı. Mən də ona deyirəm ki, "Tez ol vur”. Elə başa düşmüşdüm ki, Riena hadisələrindəki kimi bizi güllələməyə gəliblər Şüşələr qırılıb hər kəsin üzünə çırpıldı”.
Qeyd edək ki, hücumda 1 adam həyatını itirib, 2 nəfərin yaralanıb.
Xəbər 3480 dəfə oxunub.