Azərbaycanda silah alveri ilə məşğul olan 3 nəfər həbs edilib.
Aktual.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Azər Xudaverdiyevdən 3 ədəd tapança patronu götürülüb.
Araşdırma zamanı A.Xudaverdiyevin Bakı şəhər sakini Elzamin Əliyevə satmaq məqsədi ilə 1 ədəd tapança verməsi, onun isə tapançanı paytaxt sakini Elşad Həsənova satması müəyyən edilib. E.Əliyev və E.Həsənov tutulublar.
E.Həsənovun evinə baxış zamanı “Valter-P38” markalı tapança aşkar edilərək götürülüb.