Şiələrin məscidinə silahlı hücum – 3 ölü, 10 yaralı

Şiələrin məscidinə silahlı hücum   – 3 ölü, 10 yaralı
  • DÜNYA

Səudiyyə Ərəbistanının şiə məscidində terror aktı törədilib.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, hadisə Eş-Şarkiya vilayətinin Əl-Əhsa şəhərində baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, məsciddə əvvəlcə partlayış baş verib. Daha sonra əlində pulemyot olan şəxs məscidə daxil olaraq atəş açmağa başlayıb.

Terror aktı nəticəsində 3 nəfər ölüb, ən az 10 nəfər yaralanıb. Hüquq-mühafizə orqanının əməkdaşları üzərində “kamikadze kəməri” olan şəxsi tutublar.

Qeyd edək ki, Eş-Şarkiya vilayətində krallığın digər bölgələrindən fərqli olaraq şiələr yaşayır. Buna görə də bu ərazidə tez-tez terror hadisələri törədilir.

Xəbər 298 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR