Səyyar "ASAN qatar" fevralın 1-dən fəaliyyətə başlayacaq.
Aktual.az xəbər verir ki, Səyyar "ASAN qatar"ın təqdimatı zamanı bildirilib ki, qatar növbəli qaydada ölkənin bütün istiqamətlərində hərəkət edərək əvvəlcədən təyin olunan yerdə dayanacaq və fəaliyyət göstərəcək.
Fevralın 1-dən ilk olaraq səyyar "ASAN qatar" Qazaxda vətəndaşlara 15 gün ərzində xidmət edəcək. Xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunacaq. Qatarda funksional yardımçı - foto, tibb, bank xidmətləri təşkil edilib.
Səyyar "ASAN qatar" gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir.
Aktual.az
Xəbər 287 dəfə oxunub.