Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti yenidən ağırlaşıb.
Aktual.az xəbər verir ki, bu barədə Oxu.Az-a müğənninin qohumu Razim Qarayev məlumat verib.
O bildirib ki, həkimlər sənətçinin vəziyyətini stabil ağır kimi qiymətləndirirlər:
"Səyyad Əlizadənin vəziyyətinin yaxşılaşması üçün həkimlər əllərindən gələni edirlər. Ciddi nəzarət altında, komada, süni tənəffüs aparatında saxlanılır. Dünəndən bu günə heç bir irəliləyiş yoxdur”.
Xəbər 747 dəfə oxunub.