Tanınmış müğənni Səyyad Əlizadə xəstəxanaya yerləşdirilib.
Bu haqda BAKU.WS-ə sənətçinin kürəkəni Razim Qarayev məlumat verib. O, hazırda müğənninin vəziyyətinin ağır olduğunu bildirib:
"10 gün idi koronavirusa yoluxmuşdu. Amma vəziyyəti bu gün ağırlaşdı. Təcili yardımla xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır olduğundan süni tənəffüs aparatıma qoşulub".
Qeyd edək ki, Səyyad Əlizadə Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasına yerləşdirilib.
Xəbər 707 dəfə oxunub.