Şeyxin və Ramil Səfərovun günü

Şeyxin və Ramil Səfərovun günü

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin 66, Ramil Səfərovun isə 38 yaşı tamam olur. 

Aktual.az xəbər verir ki, Şeyxülislam 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olub. O 1992-ci ildə Azərbaycanın, Dağıstanın, Kabardino-Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilib. Ümumdünya İslam Konqresinin idarə heyətinin, Avrasiyanın İslam Şurasının idarə heyətinin və bir sıra başqa beynəlxalq təşkilatların üzvüdür. 

Ramil Səfərov isə 26 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. O, 2002-ci il fevral ayının 19-da Macarıstanda Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə qətlə yetirib. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya gətirilib. Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə cəza çəkməkdən azad edilərək əfv edilib. (qafqazinfo)

 
Xəbər 1030 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR