Londonda yaşayan və qızıl işləməli avtomobilləri ilə gündəmdə olan Səudiyə Ərəbistanın milyarderi Turki İbn Abdullah ilk dəfə müsahibə verib.
Aktual.az baku.ws-ə istinadən bildirir ki, 23 yaşlı milyarder "Daily Maily"-ə danışıb. Açıqlamasında milyarder oğlu bütün uğurlarını atasına borclu olduğunu deyib:
"Atam istədiyim hər şeyi alır. Yaxın zamanlarda özüm də iş həyatına qatılacam".
O bildirib ki, getdiyi məkanlarda ofsiantlara böyük məbləğdə pul verir və bunu etməyi sevir. Dostları ilə vaxt keçirməyi sevən milyarder oğlunun ən böyük hobbisi lüks avtomobillər almaqdır.