"Şeyx Zayedin adını daşıyan bir mükafatı almaq mənim üçün böyük şərəfdir" - İlham Əliyev


Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyan bir mükafatı almaq mənim üçün böyük şərəfdir.
Aktual.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Əbu-Dabidə "Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim edilməsi mərasimində bildirib.
"O, BƏƏ-ni dünyanın ən çiçəklənən və uğurlu ölkələrindən birinə çevirən böyük liderdir. Əziz qardaşım Şeyx Məhəmməd atasının siyasətini inkişafda, irəliləyişdə, davamlı modernləşmədə davam etdirir. Bu gün BƏƏ bir çox ölkələr üçün ölkəni necə dəyişdirmək, sülh və harmoniya içində yaşayan, tarixi kökləri ilə dərin bağlı olan, eyni zamanda gələcəyə baxan bir cəmiyyət qurmaq üçün həqiqətən bir nümunədir” – deyə dövlət başçısı bildirib.
Xəbər 51 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR