Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayına Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə də qatılıb.
Aktual.az xəbər verir ki, Qurultay ərzində şeyx Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovla birlikdə Akademik Milli Dram Teatrında iki nəfərlik yerdə əyləşib. Toplantıya dörd nəfər mühafizəçinin müşayiəti ilə qatılan Allahşükür Paşazadə jurnalistlərin suallarını cavablandırmaqdan boyun qaçırıb.
Bir müddət əvvəl Qarabağın İranın fətvası ilə alındığını deyən şeyxə dedikləri xatırladılıb, İranın bugünkü anti-Azərbaycan siyasəti barədə sual ünvanlansa da, o, susqunluğunu pozmayıb.(oxu.az)
Xəbər 342 dəfə oxunub.