Səyahət üçün paket alarkən diqqətli olun - XƏBƏRDARLIQ - VİDEO

Səyahət üçün paket alarkən diqqətli olun   - XƏBƏRDARLIQ - VİDEO

İstirahət mövsümü fırıldaqçılara da "fürsət" olub, bir çox turist tur paketlərdə aldadıldığını deyir.

Belə hallar həm xarici, həm də daxili tur paketlərdə yaşanır.

Fırıldaqçılıq halları normal xidmət göstərən turizm şirkətlərinin də imicini korlayır. Turist neqativ halla qarşılaşmaq üçün müqaviləyə ciddi fikir verməlidir.

Müqavilə baş verə biləcək neqativ hallarda turistin siğortası deməkdir. Şərtlərdən hər hansı biri pozulsa turizm şirkətini asanlıqla məhkəməyə verib hüquqlarını tələb etmək olar.

Turizmçilərin sözlərinə görə, neqativ hallar turizm haqqında qanundakı boşluqlarla əlaqədardır.

Bu hallara görə Mədəniyyət və Turizm Nazirliyi də turizm şirkətlərinə xəbərdarlıq edib. Nazirlik turistlərə belə müqaviləni mütləq şəkildə tələb etməyi tövsiyə edir. Turizm şirkəti tərəfindən təqdim edilən müqavilənin şərtləri diqqətlə oxunduqdan sonra imzalanması da tövsiyə olunur.

Aktual.az  "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər 441 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR