Hansı yerli məşhurların əlavə biznesi var? - Siyahı Hansı yerli məşhurların əlavə biznesi var? - Siyahı
Sənət aləminin tanınmış simaları toylarda aparıcılıq edib, mahnı oxuyub, filmlərə çəkilməklə yanaşı biznesə də sahibdirlər.
Aktual.az axşam.az-a istinadən tanınmışların əlavə biznesini təqdim edir:
Əməkdar artist Cabir və Tahir İmanov qardaşlarının toy, tədbir təşkilatçılığı ilə məşğul olan şirkəti var.
Müğənni Rəqsanə İsmayılova Rusiyada xına mərasimlərinin təşkili ilə məşğul olan şirkət açıb. İfaçı eyni zamanda Bakıda gözəllik salonuna rəhbərlik edir.
Rəqqasə Fatimə Fətəliyevanın gözəllik salonu, gəlinlik libaslarının satışı ilə məşğul olan mağazası və rəqs məktəbi var.
Rəqqasə Oksana Rəsulova bu yaxınlarda rəqs məktəbi açıb.
Müğənni Rüfət Axundov bir neçə restoran işlədir. Onlardan biri də Bakı Əyləncə Mərkəzidir.
Müğənni Elçin Hüseynovun şadlıq sarayı var.
Müğənni Emil Bədəlov səyahət şirkəti açıb.
Müğənni Sevda Sanəliyevanın şirniyyat mağazası var.
Əməkdar artist Röya Ayxan moda evi açıb.
Müğənni Vasif Məhərrəmli geyim mağazası açıb.
Meyxanaçı Namiq Qaraçuxurlunun ayaqqabı satışı ilə məşğul olan mağazası var.
Aparıcı Kamran Quliyev toy, ad günü təşkilatçılığı, reklam çəkilişi ilə məşğul olan şirkətə sahibdir.
Müğənni Xuraman Şuşalı xına mərasimlərinin təşkili ilə məşğul olan şirkət açıb.
Əməkdar artist Tünzalə Əliyeva gözəllik salonuna, xına mərasimlərinin təşkili ilə məşğul olan mərkəzə sahibdir.
Müğənni Xatirə İslam xına mərasimlərinin təşkili ilə məşğuldur.
Aktual.az