MDB-nin məhdud formatlı görüşündə Ermənistan və Azərbaycan liderləri arasında Cənubi Qafqazda münaqişənin tezliklə nizamlanması məsələlərinə dair məzmunlu söhbət olub.
Aktual.az xəbər verir ki, bunu MDB-nin Baş katibi Sergey Lebedev mətbuata açıqlamasında deyib.
"Bunu xüsusilə vurğulayıram: Bütün dövlət başçıları onlara tezliklə razılığa gəlməyi arzu etdi.
Sevindirici haldır ki, hər iki dövlətin liderləri özləri də sülh müqaviləsinin özünü çox gözlətməyəcəyi ilə bağlı kifayət qədər nikbin proqnozlar verdilər. Əlbəttə, heç kim konkret nələrisə açıqlamadı: Anlayırsınız, bütün bu işlər çətindir. Amma görüşdə hər kəs sülh prosesinin yaxın gələcəkdə başa çatacağına ümid etdiyini bildirdi”, - deyə Lebedev bildirib.
Xəbər 120 dəfə oxunub.