Avstraliyada yaşayan Chantelle adlı gənc qadın at yarışından 800 dollar qazandı, ancaq sevinci uzun çəkmədi.
Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, gənc qadın uduşlu biletlə fotosunu “facebook” hesabından paylaşaraq qalib gəldiyini bildirib. Bundan sonra dostluq siyahısında olan bir nəfər biletin kodunu şəkildə görərək şöbələrin birindən pul mükafatını götürüb.
Məsələylə bağlı polisə şikayət edilib.