Azərbaycanlı jurnalist Sevil Nuriyevanın həyat yoldaşı, iş adamı Etimad İsmayılov Türkiyədə qətlə yetirilib.
"Report” "haberler.com"a istinadən xəbər verir ki, o, İstanbuldakı ofisində silahlı hücuma məruz qalıb.
Hadisə zamanı yaralanan iş adamı xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
İlkin ehtimala görə, Gözəl Dəmirov adlı şəxslə arasında pul məsələsi olan E.İsmayılov qarşı tərəflə Floradakı ofisində görüşüb. Ofisdə onların arasında mübahisə düşüb. Mübahisə silahlı insidentə çevrilib. Dava zamanı G.Dəmirov E.İsmayilovu başından və ürəyindən vuraraq ağır yaralayıb, daha sonra isə hadisə yerindən qaçıb.
Polis briqadaları Dəmirovu yaxalamaq üçün rayon üzrə genişmiqyaslı əməliyyata başlayıb.
Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğludur.