Xüsusən 21-ci əsrdə biz daha dərindən düşünsək sevgilisizliyin 15 yox, bəlkə də 45 üstün cəhətini kəşf edə bilərik.
Bəzən insanlar sevgilisinin olmamağından şikayətlənir. Lakin necə böyük üstünlükləri olduğunu unudurlar. Qadinklubu.com olaraq, sevgilisizliyin gözəl yanlarını araşdırdıq.
İstədiyiniz yerə istidiyiniz vaxtda gedə bilərsiniz, qarışan olmaz.
Sevdiyin insanın nazı da bir müddətə kimi çəkilə bilər. Amma, naz çəkdirməyə heç kimin olmaması rahatlıqdır.
İş-gücdən bir az vaxt qalacaqsa, da o vaxtı özünüzə sərf edəcəksiniz.
Siz xoşbəxtsiniz,amma sevgiliniz depresiyadadır. O, pis əhvalda olanda sizin xoşbəxtliyiniz də korlanır.
Kiminləsə münasibətdə olmaq hər iki tərəfin büdcəsinə əhəmiyyətli dərəcədə ziyan verir.
“O kimdir?”, “Hardaydın?” kimi suallarla beyninizi çürütməyəcəksiniz.
Sadəcə özünə görə məsuliyyət daşıyırsan.
Sevgilin olanda bəzən də olsa yalan danışmağa məcbur olursan. Bu isə hər iki tərəfi həm incidir, həm də bezdirir.
“Niyə məni axtarmamısan bu gün? Niyə yadına düşməmişəm? Başın kimə qarışıb?” kimi suallarla qarşılaşmayacaqsan. Barmaqlarınız szə dua oxuyacaq.
Başqası nəsə etsə dalaşarsınız bəlkə. Amma, sevgiliniz olandaŞ onun xasiyyətinə dözməli olursunuz.
Sevgiliniz olsa bəzən dostlarınızla belə görüşmək,danışmaq problem ola bilir. Sevgiliniz yoxdursa, deməli, belə bir problemdən də uzaqsınız.
Sevdiyinizlə artıq əlaqənin getmədiyini görmək, heç cür də əlaqəni kəsə bilməmək, ayrılanda da peşman olmaq kimi hisslər də sizi incitməyəcək
Ay tanışlığımızın 73-cü həftədönümü, ay ilk əl-ələ verməyimizin üzərindən keçən 100000 saat kimi bezdirici şeylər də olmayacaq.
Aktual.az