Sevgilisinin ölümünə dözməyən qız intihar etdi - Bu gün toyları olacaqdı

Sevgilisinin ölümünə dözməyən qız intihar etdi - Bu gün toyları olacaqdı

Qəbələdə 20 yaşlı qız özünü asıb.
Aktual.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə Qəbələ rayonu, Bum qəsəbəsində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü Bəhruzə Quliyeva özünü tövlədə asaraq, intihar edib.
Məlumata görə, intihar edən gənc qız nişanlı olub və nişanlısı təxminən bir ay bundan əvvəl avtoqəza nəticəsində dünyasını dəyişib. Bu gün isə onların toyu olacaqmış. Gənc qızın məhz bu səbəbdən intihar etdiyi deyilir.
Daha bir məqam isə özünü asaraq intihar edən qızın qardaşı - Bəhruz Quliyevin 1992-ci il şəhidi olmasıdır. Qardaşı şəhid olduğuna görə onun adını yaşatması üçün bacısına Bəhruzə adını veriblər. Ailənin yaşadığı küçə də məhz şəhid Bəhruz Quliyevin adını daşıyır.
Onun nişanlısının yanında, Cığatelli kəndində dəfn olunacağı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 3474 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR