Sevgilinizi geri qaytarmaq istəyirsiniz? YOLLARI

Sevgilinizi geri qaytarmaq istəyirsiniz?   YOLLARI

Bəzən bitmiş kimi görünən bir münasibəti sadəcə bir-iki sehrli toxunuşla yenidən başlatmaq olar. Əgər siz də sevgilinizi geri qazanmaq istəyirsinizsə, Aile.lent.az-ın təqdim etdiyi bu tövsiyələrə əməl edərək şansınızı artıra bilərsiz.

Axtarmayın! Sevgilinizi geri qaytarmaq istəyirsinizsə, edə biləcəyiniz ən ağıllı hərəkət səssizliyə qapılmaqdır. Daxilinizdə ondan əl çəkin. Niyə belə etdiyinizin səbəbini uzun yazdığınız mesajla açıqlamayın. Zəng etməyin. Qoyun sizinlə maraqlansın.

Siz kişiyə daha çox dəyər verib ondan da eynisini gözləyirsinizsə, qətiyyən eynisini ala bilməyəcəksiniz. Əgər bir müddət görüşmədikdən sonra səssizliyə çəkilsəniz, kişi sizin üçün darıxsa, “salam” deyə qısa mesaj yaza bilər.

Qoyun sizin üçün narahat olsun! Nə etdiyinizi, harada olduğunuzu düşünsün.

“Salam, necəsən? Neynirsən?” tipli kiçik mesajlar gələn kimi “aha, mənim üçün darıxdı, mənimlə maraqlanır”, - deyə tez həyəcanlanmayın, əksinə, bu cür mesajlara səssiz qalın, cavab yazmayın. Əslində qadın bu halda gələn mesajı “kişi peşman olub, yenidən başlamaq istəyir” düşüncəsi ilə qəbul etsə də, kişilər bu mesajı “çox əziyyət çəkməmə ehtiyac qalmayacaq” düşüncəsi ilə yazır.

Əvvəlcə özünüzə dəyər verin! Səssiz qalmağa çalışın. Zəng edəcək, ancaq cavab verməyin. Bir müddət sonra əsəbləşib “bir də zəng etməyəcəm”, - kimi mesaj yaza bilər. Buna da aldanmayın.

Qısa cavab yazsanız, bütün şansınızı itirə bilərsiz. Əsas olan öz dəyərinizi dərk etmənizdir. Sizə yetərincə dəyər verməyən biri ilə ünsiyyət qurmayın.

Unutmayın, özünüzə dəyər verməsəniz, heç kim sizə dəyər verməyəcək.

Xəbər 3133 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR