Sevgilinizlə ömür boyu xoşbəxt olacaqsınız deyə bir qayda yoxdur. Bir zaman gəlir ki, nəsə qaydasında getmir və ayrılırsınız.
Aktual.az türk mediasına istinadən xəbər verir ki, sevgilinizdən ayrıldıqdan sonra hər kəsin təkrar etdiyi və sizin eşitməkdən bezdiyiniz təsəlli cümlələri olur. Bu cümlələr aşağıdakılardır:
- Tək qalmamağa çalış, bayıra çıx, gəz, əylən.
- Zaman keçdikcə unudacaqsan, daha yeni olduğu üçün bu qədər kədərlənirsən.
- Hadisələrə yaxşı tərəfində baxmağa çalış.
- Sən daha yaxşılarına layiqsən, o sənə görə deyildi.
- Yeni biri ilə görüşməyə başlamalısan, bu sənə yaxşı təsir edəcək.
- Bu hadisənin həyatına pis təsir etməyinə imkan vermə.
- Yaxşı tərəfdən düşün, özünə vaxt ayıracaqsan.
- Kədərli mahnılara qulaq asmamalısan.
- Heç kim üçün bu qədər kədərlənməyə dəyməz.
- Bundan sonra daha güclü biri olmalısan.
- Narahat olma, bir gün mütləq doğru insanı tapacaqsan.
- İkinizlə bağlı bütün xatirələri beynindən silməlisən.
- Özünə yeni hobbilər tapmalısan.
- Həyatında yeni bir səhifə açmalısan.
Bu siyahını uzatmaq da olar.
Xəbər 1500 dəfə oxunub.